Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Mətbuat Şurası müsabiqə elan edib

Mətbuat Şurası müsabiqə elan edib

Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir.

I. Mükafatlandırma

I yer – 1000 manat;

II yer – 700 manat;

III yer – 500 manat.

Həvəsləndirici mükafat – 10 nəfər – 100 manat

Müsabiqədə yer tutacaq şəxslərin adları 2015-ci il iyun ayının 15-dək açıqlanacaq.

III. Müsabiqə şərtləri

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;

Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;

İfadə vasitələrinin zənginliyi;

Oxucu üçün informasiyalılıq dərəcəsi;

Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə;

Müsabiqəyə 2015-cü ilin may ayının 1-dən iyun ayının 1-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir.

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

IV. Yazıların təqdim edilməsi

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

Təqdimat zərfində yer almalıdır:

yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti;

yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;

müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə);

yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrin hər birində materialın müsabiqə üzrə olan istiqaməti qeyd edilməli, müəllifinin adı göstərilməməlidir);

diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

Müsabiqə üçün yazılar may ayının 2-dən iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı – Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın