Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Köşə Yazarları / “Mənə intim münasibət təklif etdi…” – Xədicənin məhkəməsindən

“Mənə intim münasibət təklif etdi…” – Xədicənin məhkəməsindən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı Ramazan Hadıyev zərərçəkən Tural Mustafayevdən ötən iclasda iştirak etməməsinin və prosesə məcburi gətirilməsinin səbəbini soruşub.

T.Mustafayev səhhətində problemlər olduğu ilə bağlı məhkəmə prosesinə gələ bilmədiyini deyib.

Sonra X.İsmayılova Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə vəkili Yalçın İmanovla müdafiəsinin təşkili üçün imkanların yardılmasını, eyni zamanda, bəzi texniki məsələlərin – həftədə iki dəfə telefonla danışmaq hüququndan istifadə etməsinin təmin olmasını istəyib.

Daha sonra X.İsmayılovanın vəkili Fəxrəddin Mehdiyev T.Muistafayevin mayın 3-də və avqustun 4-də “Yeni Musavat” qəzetinə verdiyi müsahibələrin sübutların siyahısına daxil edilməsi barədə vəsatət qaldırıb.

Hakim bu vəsatəti açıq saxladığını bildirib.

Sonra zərəçəkən T.Mustafayev ifadə verib. O, intiharlarının X.İsmayılova ilə bağlı olmadığını deyib. 2014-cü ildə 3 dəfə – may, sentyabr və oktyabr aylarında intihara cəhd etdiyini deyən T.Mustafayev qeyd edib ki, özünəqəsdin səbəbləri keçmiş nişanlısı Rövşanə Rəhimova ilə münasibətlərində olan problemlər və əsəblərinin zəifliyi olub.

O, X.İsmayılova ilə 2013-cü ilin sentyabr-oktyabr aylarında tanış olduğunu deyib. X.İsmayılova ilə arasında qadın-kişi münasibətlərinin olmadığını söyləyib, aramızda dostluq münasibətləri olub.

T.Mustafayev əlavə edib ki, 2014-cü ilin yanvar-fevral aylarına qədər X.İsmayılova münasibətləri yaxşı olub. 2013-cü ilin noyabrından “Azadlıq” radiosundan şəxsi istəyi ilə işdən çıxdığını deyən zərərçəkən X.İsmayılovaya sms-ləri və internet yazışmalarını dostları ilə məsləhətləşərək yazdığını bildirib.

T.Mustafayev özünü zərərçəkmiş hesab etmədiyini də deyib.

Sonra hakim T.Mustafayevin istintaqa verdiyi ifadə ilə hazırki ifadəsi arasındakı kəskin ziddiyyətin olduğunu söyləyərək zərəçəkənin istintaqa vermiş olduğu ifadəni prosesdə elan edib.

Hakim bildirb ki, ifadədə bildirilir ki, 2013-cü ilin oktyabrında T.Mustafayev Sabirabad rayonundan tədbirdən gəldikdən sonra X.İsmayılova ilə birgə alkoqollu içkilər içiblər və İsmayılova ona intim münasbiətdə olmağı təklif edib, T.Mustafayev də razılaşıb. T.Mustafayev dəfələrlə X.İsmayılovanın evində gecələyib, onlar tez-tez görüşüblər.

X.İsmayılova dəfələrlə onun şərəf və ləyaqətini alçaldıb. Bu səbəbdən T.Mustafayev intihar etmək qərarına gəlib.

Daha sonra dövlət ittihamçısı ifadələr arasında hansı səbəbdən ziddiyyətlərin yaranmasını soruşub. T.Mustafayev isə bildirib ki, psixoloji durumu ilə əlaqədar X.İsmayılovaya böhtan atıb.

Sonra ifadə verən T.Mustafeyevin anası Nəzakət Mustafayeva oğlunun intiharları barədə xəbər tutmadığını və yalnız onun dərmanla zəhərləndikdən sonra telefonla ona məlumat verildiyini deyib. N.Mustafayeva oğlunun psixi qüsurlu olmadığını söyləyib. N.Mustafayeva deyib ki, oğlu T.Mustafayev Bakıya gəldikdən sonra ailəsinə qarşı onun münasibətində soyuqluq yaranıb. T.Mustafayevin 2014-cü ilin mayın 8-də ilk nikahı pozulub.

Həmin ilin mayın 28-də isə T.Mustafayev Rövşanə Rəhimova ilə nişanlanıb. Tural anasına intiharın səbəblərini həyatdan bezmişəm deyərək izah edib.

Prosesdə ifadə verən T.Mustafayevin keçmiş nişanlısı R.Rəhimova deyib ki, onlar 6-7 ay müddətində nişanlı olublar. T.Mustafeyevin 3 dəfə intihara cəhd etməsinin səbəbi X.İsmayılova ilə bağlı olmayıb, onun psixoloji problemləri olub. R.Rəhimova T.Mustafayevlə dəfələrlə arasında mübahisələr olduğunu, onun tez-tez spirtli içkilər qəbul etdiyini deyib.

Bu zaman T.Mustafayevin anası N.Mustafayeva şahid ifadəsinə etiraz edərək R.Rəhimovaya “Mən Göyçayda sənin elə içməyinə utandım, “pyaniskə” o özüdür” – deyərək məhkəmə zalını tərk edib.

İfadəsini davam etdirən R.Rəhimova əlavə edib ki, T.Mustafayevin psixoloji problemləri olması ilə bağlı həkimə müraciət ediblər, həkimlər ona qoyulan diaqnozun müaliəciəsinin olmadığını bildiriblər.

R.Rəhimova qeyd edib ki, son dəfə 2014-cü ilin oktyabrın 15-də T.Mustafeyvlə böyük münaqişələri olub. Şahid T.Mustafayevin 25 gün Maştağada yerləşən ruhi-əsəb dispanserdə müalicə olunduğunu deyib.

Şahidin sözlərinə görə, T.Mustafayev onunla görüşdüyündə X.İsmayılova ilə dost olduğunu söyləyib. Daha sonra R.Rəhimova dövlət ittihamçısının suallarını cavablandırıb.

Sonra prosesdə fasilə elan olunub.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın