Şənbə , Avqust 24 2019
Ana səhifə / Köşə Yazarları / Jurnalistlərlə “Azəriqaz” arasında təbii qaz qalmaqalı

Jurnalistlərlə “Azəriqaz” arasında təbii qaz qalmaqalı

Jurnalistlər yaşadıqları binada uzun müddətdir ki, təbii qazın verilişində problem olduğunu bildirirlər; “Azəriqaz” sözçüsü isə “heç bir problem yoxdur” deyir…
2013-cü ildə istifadəyə verilən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binada qaz problemi yaşanır. Bu barədə “Yeni Müsavat”a binada yaşayan jurnalistlər məlumat veriblər. Jurnalistlərin sözlərinə görə, 3 ildir ki, qış aylarında binaya təbii qazın verilməsi ilə bağlı bəzi problemlər ortaya çıxır. Onlar həmçinin söyləyirlər ki, binaya verilən təbii qazdan pis qoxu da gəlir.

Image result for Kənan Rövşənoğlu
“Yeni Müsavat”ın bəhs etdiyimiz binada yaşayan əməkdaşı Kənan Rövşənoğlu bildirib ki, onlarda da eyni vəziyyətdir: “Bizdə də eyni vəziyyətdir, qaz yanmır. Hətta xüsusi kombi istifadə etsək də, yenə də qaz yoxdur. Qazın yerinə hava gəlir”.

Image result for Jurnalist Rey Kərimoğlu
Jurnalist Rey Kərimoğlu “Yeni Müsavat”a bildirib ki, binada bir sıra problemlər var: “Bir neçə ildir biz jurnalistlərin binasına köçmüşük. Köçəndən qaz problemi yaşayrıq. İstilik sistemi ümumi deyil, hər mənzilə kombi quraşdırılıb. Qazın çirkli olması və qeyri-stabil verilməsi ucbatından kombilər tez-tez sıradan çıxır. Hamı da bilir ki, qazdandır. Yazmadığımız, şikayət etmədiyimiz yer qalmayıb. Bu qışqabağı nisbətən düzəlmişdi. Amma dünəndən yenə problem yaşanır”.

Image result for Jurnalist Vüsal Tağıbəyli
Jurnalist Vüsal Tağıbəyli “Yeni Müsavat”a söyləyib ki, qazın tərkibi təmiz olmasa da verilişində problem yoxdur: “Qazın tərkibi təmiz deyil, buna görə də tez-tez kombilər çirklənir. Amma yarım il əvvəlki ilə müqayisədə indi bir az daha yaxşıdır. Əvvəl dəhşətli vəziyyət vardı. Qazı aça bilmirdik, aşağı ”xodda” qoysaq belə guruldayırdı, sonra isə sönürdü. Ona görə ki, təzyiqi ilə yanaşı tərkibinə vurulan havanın miqdarı da çox idi. İndi bir az yaxşıdır. Qazın kəsilməsinə gəlincə, arada gündüzlər kəsilir, qısa vaxtdan sonra verilir. Amma gecələr qazın kəsildiyini görməmişəm”.
Jurnalist Niyaz Niftiyev mövzu ilə bağlı modern.az saytına bildirib ki, qazla bağlı problemlər əvvəllər daha çox olurdu:

Image result for Niyaz Niftiyev
“Hazırda qaz verilir, amma verilən qazın qoxusu və havası çoxdur. Bu da bizim kombilərimizi sıradan çıxmasına səbəb olur. Mən artıq 2 kombi dəyişmişəm. Kombi servisində də bunun qazın havasının çoxluğundan meydana gəlməsi səbəbindən olduğunu deyiblər. Bizim araşdırmalarımıza görə, qazın belə qoxulu və havalı gəlməsinə səbəb mavi yanacağın təmizlənməmiş olmasıdır”.

Image result for Jurnalist Qadir İbrahimli
Jurnalist Qadir İbrahimli isə söyləyib ki, binaya verilən qaz emal olunmamış qazdır: “Bunu mütəxəssislər də təsdiqləyir ki, qazın tərkibi yaxşı deyil. Üstəlik də mütəmadi olaraq qaz kəsilir. Hazırda da binada qaz yoxdur. Qaz gələndə də təzyiqi çox aşağı olur. Bu da bizim kombilərimizin sıradan çıxmasına və müxtəlif problemlərə səbəb olur. Bu problem hər zaman olub, bununla bağlı bir neçə dəfə şikayət etmişik, amma heç bir nəticəsi olmayıb. Problem tək bizim bina ilə bağlı deyil, bu, qaz xəttindən qaynaqlanır. Ümumiyyətlə, bu konseptual bir yanaşma tələb edir ki, kəmərə vurulan qazı dəyişsinlər, normal qaz versinlər. Qazın tərkibi və təzyiqi ilə bağlı problem bizdə hər zaman olub”.

Related image
Jurnalistlərin şikayətləri ilə bağlı münasibət öyrənmək üçün “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevlə əlaqə saxladıq. İ.Kərbəlayev “Yeni Müsavat”a bildirdi ki, binada mövcud problem, artıq aradan qaldırılıb: “16 fevral-da həmin binada təbii qazın verilişində məhdudiyyətlər var idi. Artıq həmin problem aradan qaldırılıb. Təbii qazın verilişində hər hansı bir məhdudiyyət yoxdur. Təbii qazın tərkibinə gəlincə isə bunda da hər hansı bir problem yoxdur . Belə ki, təbii qazın tərkibi Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hər ay yoxlanılır. Qazın tərkibi təmizdir və heç bir problemi yoxdur”.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın