Cümə axşamı , Noyabr 14 2019
Ana səhifə / Köşə Yazarları / Jurnalistin apellyasiya şikayətinə baxılacaq

Jurnalistin apellyasiya şikayətinə baxılacaq

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəşriyyatının baş redaktoru Xeybər Göyyallının qanunsuz işdən çıxarılması barədə Səbail Rayon Məhkəməsinin (hakim Nurəddin Bağırov) qətnaməsindən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə jurnalistin özü məlumat verib. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılacaq apellyasiya şikayətinə məhkəmə baxışı fevralın 22-ə təyin olunub. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, jurnalist redaktə etdiyi “Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə” elmi-nəzəri jurnalında çap prosesində baş vermiş texniki səhvə görə təzyiqlə işdən çıxarılıb.

Həmçinin oxuyun

Meyxanaçının TOPAZ üzərindən qumarı təbliğ etməsinin fəsadları…

Bu gün əsas xəbər başlıqları içində diqqətimi çəkənlərdən biri də meyxanaçı Vüqar Əbdülovun futbol mərc …

Bir cavab yazın