Cümə , İyul 19 2019
Ana səhifə / Köşə Yazarları / İTV-də əməkdaşlardan istirahət üçün rüşvət tələb edilir…- Şikayət

İTV-də əməkdaşlardan istirahət üçün rüşvət tələb edilir…- Şikayət

İctimai televiziyada işçilər kütləvi şəkildə Həmkarlar komitəsindən çıxmağı düşünür. 

Bu barədə adıçəkilən telekanalın bir qrup işçisinin Gununsesi.info-ya yolladığı məlumatda bildirilir. 
İTV əməkdaşlarının yolladığı məlumatda qeyd olunur ki, buna səbəb həmkarlar komitəsinin əməkdaşların qayğısına qalmamasıdır: “ Halbuki, aylıq əmək haqqı və qonararın 2 faizini komitəyə verən işçilər bunun müqabilində istirahətlərinin təşkili və ehtiyacları olduğu halda komitədən yardım almaq hüququna malikdirlər. Lakin son iki ildə heç kimə yardım göstərilməməsi əməkdaşların qəzəbinə səbəb olub. Orta aylıq əmək haqqı 550 manat olan telekanalda bir əməkdaşın komitəyə ödədiyi məbləğ il ərzində 132 manat təşkil edir”.
İTV əməkdaşlarını narazı salan bir məqam isə Quba rayonunda TV-nin balansında “Ekran” istirahət mərkəzinə göndərişin pullu və üstəlik də xeyli baha olmasıdır. Belə ki, sabiq baş direktor İsmayıl Ömərovun dönəmində tikilən və əməkdaşlara pulsuz təklif edilən ailəvi kottejler uçun Həmkarlar Komitəsi indi adambaşına 25 manat tələb edir. Buna Görə də istirahət mərkəzinə bir nəfər də olsun getməyib. Çünki, kanalda çalışan bir şəxs həyat yoldaşı və iki uşağı ilə adi riyazi hesablama aparaq. 2 böyük və 2 uşaq üçün 5 günlük istirahət 500 manata başa gəlir.
Məktubda o da qeyd olunur ki, telekanalın Həmkarlar Komitəsi başqa qurumların həmkarlarında “Ekran” istirahət mərkəzinə bir həftə üçün gündə 3 dəfə yeməklə 280 manat təşkil edir.
Məktubun sonunda isə İTV əməkdaşları bu qanunsuzluğun və rüşvətxorluğun aradan qaldırılmasını, əks təqdirdə həmkarları tərk edəcəklərini bəyan edib.
Məsələ ilə bağlı İTV rəhbərliyinin də mövqeyini öyrənməyə çalışacağıq.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın