Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Köşə Yazarları / “İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir” – Əflatun Amaşov

“İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir” – Əflatun Amaşov

“Bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. Bu, gələcəkdə problemlərə yol açacaq”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Musa Quliyev deyib. Millət vəkili problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik təklif edib: “Yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir ki, insanlar bu problemlə rastlaşmasınlar”.
M. Quliyev deyib ki, artıq ikinci və üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır: “Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə internet medianın problemlərindən danışıb: “Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın