Reyting.az saytına haker hücumu olub.
Bu barədə mia.az-a saytın rəhbəri Afiq Mirzəbəyli məlumat verib. Onun sözlərinə görə, iki gündür ki, mütəmadi olaraq haker hücumlarına məruz qalıblar: “Hazırda texniki əməkdaşlar problemi aradan qaldırmağa çalışırlar. Yəqin ki, qısa müddətə problem tam aradan qaldırılacaq”.