Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Köşə Yazarları / Bu gün mərhum jurnalistin doğum günüdür

Bu gün mərhum jurnalistin doğum günüdür

Bu gün Avropa.info-nun mərhum əməkdaşı Sahib İslamovun doğum günüdür.

Sahib İslamov 1977-cu ildə Şamaxı rayonunda anadan olub. “Avrasiya”, “Günaydın” , “Azadlıq” qəzetlərində çalışıb. Mərhum Sahib İslamovun son iş yeri isə Avropa.info xəbər portalı olub.

Zəhmətkeş, həyatın bütün acılarına baxmayaraq hər zaman gülərüzlüyü ilə fərqlənən Sahib İslamov 2013-cü il noyabrın 1-də maşın vurması nəticəsində komaya düşmüşdü. Ötən ilin may ayının 8-də isə Sahib İslamov səhər saatlarında dünyasını dəyişdi.

Qeyd edək ki, ağır yol qəzası keçirən Sahib İslamov 6 ay  komada oldu. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atmışdı. Dərhal da qəza törədən avtomobil sürücüsü onu Musa Nağıyev adına xəstəxanaya çatdırmışdı.

S.İslamov ağır müştərək qapalı beyin travması, baş beynin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin son rəyi nəticəsində bəlli olmuşdu ki, Sahib İslamovun beyin hüceyrələri ölüb və dünyanın heç bir yerində bu xəstəliyin müalicəsi yoxdur.

Sahib İslamovun ölümündən sonra, həyatda 3 yaşlı övladı yadigar qaldı. 90-ci illərin son dönəmlərində jurnalistikada olanlar , mərhum jurnalisti yaxşı xatırlayırlar. Kimsə onun əlindən və ya dilindən zərər görməzdi. Hamını təmənnasız olaraq sevən Sahibi təssüf ki, həyatda sevən az idi…

Allah rəhmət etsin!

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın