Cümə , Aprel 26 2024
Ana səhifə / Köşə Yazarları / Baş redaktorun məhkəməsi başlayır -ŞİRVANDA

Baş redaktorun məhkəməsi başlayır -ŞİRVANDA

Azinforum.az xəbər verir ki, bu gün  Sonolay.org portalının baş redaktoru Ramin Məhəmmədoğlunun Şirvan Apellyasiya Məhkəməsində işi üzrə iclas keçiriləcək. Xatırladaq ki, baş redaktor Füzuli rayon məhkəməsinin barəsində çıxarmış olduğu hökmdən narazı qalaraq, Şirvan Apellyasiya məhkəməsinə şikayət verib.

Eyni zamanda, o, Beyləqan rayon Təhsi şöbəsinin müdiri Rüstəmova Xuraman Müzəffər qızı Füzuli rayon məhkəməsinin Ramin Məhəmmədoğlu barəsində çıxardığı 06 iyun 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verərək, çıxarılan hökmün dəyişdirilərək onun həbs tələbini irəli sürüb.

Şirvan Apellyasiya Məhkəməsinin 15 avqust 2017-ci il tarixində təyin etdiyi ilkin hazırlıq iclasında Şirvan Apellyasiya Məhkəməsinin bütün tərkibinə etirazla bağlı vəsatət verən jurnalist , barəsində olan cinayət işinin başqa Apellyasiya məhkəməsində baxılması üçün göndərilməsi məsələsinin həll edilməsi üçün işi aidiyyəti üzrə göndərilməsini xahiş edib. Məhkəməyə sədrlik edən hakim Kamil Bəşirov və tərkibdə əyləşən Ələsgər Novruzov həmin vəsatətimi təmin etməyib, işi 28 avqust 2017-ci il tarixinə baxışa çıxarıb.28 avqustda qarşı tərəfin gəlməməsi səbbilə məhkəmə 11 sentyabra təxirə salınmışdı.

Buna görə baş redaktor məhkəmənin işə ədalətlə baxacağına şübhə etdiyi barədə ictimaiyyəti məlumatlandırıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın