Bazar , Noyabr 29 2020
Ana səhifə / Köşə Yazarları / Bahalaşan dollar və hər nazirliyin öz qəzeti

Bahalaşan dollar və hər nazirliyin öz qəzeti

Neftin qiymətinin aşağı düşməsi, iqtisadi böhran, büdcə gəlirlərinin azalması və nəticədə manatın devalvasiyası büdcə təşkilatlarının xərclərinə yenidən baxılmasını zəruri edib. Artıq bir çox nazirliklər və büdcə təşkilatları öz strukturlarında ixtisarlar aparır, necə deyərlər “gərəksiz xərcləri” azaltmağa çalışırlar.

Bu baxımdan nazirliklərin və dövlət komitələrinin nəşr etdirdiyi sahə qəzetlərinin aqibətinin necə olacağı maraq doğurur. Çünki bu nəşrlər demək olar ki, oxunmur, bazarda onlara tələbat yoxdur. Üstəlik onların funksiyasını nazirliklərin rəsmi saytları, onlayn media çoxdan öz üzərinə götürüb. Nəticədə bəzi nazirliklər öz sahə qəzetlərinin nəşrlərini dayandırmağa başlayıblar.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu ayın əvvəlində “Rabitə Dünyası” qəzetinin fəaliyyətini dayandırdı. Çünki qəzetdə verilən məlumatlar onsuz da nazirliyin rəsmi saytında yerləşdirilirdi.

Virtualaz.org saytı büdcədən maliyyələşən mətbu orqanların sonrak aqibətinin necə olacağını araşdırmağa çalışıb.

Məsələn, Təhsil Nazirliyinin “Azərbaycan müəllimi” qəzeti nəşr olunur. Nazirliyin rəsmi internet səhifəsində qəzetin 1946-cı ilin aprelindən nəşr edildiyi göstərilsə də trajı, işçilərin sayı, qəzetin nəşrinə çəkilən xərclər barədə məlumatlar verilməyib.

“Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı da təhsil KİV-ləri sırasındadır. Jurnalla bağlı məlumatda göstərilir ki, “Azərbaycan dili və ədəbiyyatı tədrisi” uzun illər “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi kimi nəşr olunub. Lakin 1990-cı illərində müstəqil redaksiya yaradılaraq əvvəlcə “Ana sözü” adı ilə nəşr edilməyə başlayıb, sonra isə yenidən jurnalın ilkin adı bərpa edilib.

Təhsil Nazirliyinin elmi-metodik mətbu orqanı olan “Azərbaycan dili və ədəbiyyatı tədrisi” jurnalı nazirliyin tabeliyindəki və qeyri-dövlət müəssisələrində Azərbaycan dili və ədəbiyyatının tədrisi, təbliği və tədqiqi problemlərini araşdırır.

“Məktəbəqədər və ibtidai təhsil” jurnalı, “Azərbaycan məktəbi” jurnalı, eləcə də “Sənətkar” jurnalı ilə bağlı məlumatlar da yaranma tarixi, təhsilin təbliğatında rolu kimi şablon cümlələrdən ibarətdir. Yalnız “Sənətkar” jurnalinın ildə 4 dəfə nəşr olunduğu qeyd edilib.

Səhiyyə Nazirliyinin “Tibb qəzeti” ayda 1 dəfə 16 səfihə çıxır.

Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət” adlı qəzeti var. Həftədə qəzet yalnız 2 gün, 5956 tirajla nəşr edilir.

“İdman” qəzeti isə Gənclər və İdman Nazirliyinə məxsusdur. Qəzetlə bağlı məlumatda qeyd olunur ki, “İdman” Azərbaycanda ən böyük tarixi olan idman nəşridir, 80 ildən artıqdır ki, nəşr olunur. “İdman” qəzeti nəşr edilir. Nazirlik və “İdman” qəzetinin birgə layihəsi olan www.idman.com.az saytı da var. Qəzet həftədə 1 dəfə 2000 tirajla çap olunur.

Fövqəladə Hallar Nazirliyinin eyni adlı qəzeti nəşr olunur. Həftəlik çıxan qəzetlə bağlı məlumat verilmir.

Kənd Təsərrüfatı Nazirliyinin “Kənd həyatı” adlı qəzeti nəşr edilir. 1991-ci ildə “Bərəkət”, 1992-ci ildə “Həyat” adı ilə nəşr olunan qəzet 2004-cü ilin sentyabrında “Kənd həyatı” adı ilə dövlət qeydiyyatından keçib.

Qəzetdə beynəlxalq aləmdə baş verən kənd təsərrüfatı yenilikləri, aqrar sektorun inkişafı ilə bağlı xəbərlər verilir ki, bu məlumatları da nazirliyin rəsmi saytından oxumaq mümkündür.

Ədliyyə Nazirliyinin “Ədliyyə” qəzeti 2004-cü ildən nəşr olunur. Vergilər Nazirliyinin “Vergi” qəzeti isə 2008-ci ildən işıq üzü görür.

Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” qəzeti 9.847 nüsxə ilə həftədə bir dəfə (cümə axşamı) nəşr edilir.Nazirliyin daha bir qəzeti “Polis” adlanır. Qəzet 5 minə yaxın tirajla həftədə bir dəfə nəşr olunur. “Əsgər” qəzeti də DİN-ə məxsusdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Yeni Həyat” adlı qəzeti var. Qəzet həftədə 1 dəfə nəşr olunur.

Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzeti nəşr olunur. Qəzet 4710 nüsxə ilə həftədə iki dəfə çıxır.

Əmlak Məsələləri Dövlət Komitəsinin “Mülkiyyət” qəzeti var. Qəzet 3 min tirajla 1996-cı ildən nəşr edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin isə “Cəmiyyət və din” adlı qəzeti, “Dövlət və din” adlı jurnalı var.

Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçı” adlı qəzeti olub. Amma bu qəzetin hazırda nəşr olunub-olunmadığı haqqında fondun rəsmi səhifəsində məlumatlara rast gəlinmir.

Aylıq nəşr olunan “İqtisadiyyat və audit jurnalı” Auditorlar Palatasının nəşridir.

Bu qəzet və jurnalların qiyməti 25 qəpikdən-3 manat arasında dəyişir. Şübhəsiz ki, bu nəşrlərin heç biri çəkilən xərcləri ödəmir. O zaman nazirliklər və digər büdcə strukturları öz qəzetlərinə çəkdikləri xərci “gərəksiz xərclər” kateqoriyasına aid edə bilərmi? Bu suala rəsmi strukturlardan cavab almaq mümkün olmayıb. Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nəşlərinə zəng edib bu haqda danışmağa çalışsaq da heç kim şərh vermək istəmədi…

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın