Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Köşə Yazarları / Azərbaycanda bu saytlara giriş qadağan olunur

Azərbaycanda bu saytlara giriş qadağan olunur

Azərbaycanda bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə müraciət olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib. O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq” radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə prosesi aprelin 27-si saat 11:20-də başlayacaq.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın