Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Köşə Yazarları / Azərbaycan Twitter-i izləmək üçün xüsusi proqram alıbmı…

Azərbaycan Twitter-i izləmək üçün xüsusi proqram alıbmı…

ABŞ prezidentliyinə keçmiş namizəd, keçmiş dövlət katibi Hillari Klintonun protokol xidmətinin rəhbəri olmuş Kaprisia Marşallın WikiLeaks saytı tərəfindən yayılmış elektron məktublarından məlum olur  ki, Azərbaycan Twitter-i izləmək üçün Dataminr şirkətinin xüsusi proqramını almağa maraq göstərib.

Bu barədə “The Verge” yazır.

Elektron məktublardan məlum olur ki, Kaprisia Marşall “Dataminr” şirkətinin xüsusi izləmə proqramının xarici hökumətlərə satılması üçün lobbiçilik edib. Məsələn, onun 2015-ci ilin iyulunda Vaşinqtondakı Kanada səfirliyinə göndərdiyi “xüsusi xahiş”də göstərilir ki, səfirlik “Dataminr” şirkəti ilə görüş təşkil etsin.

ABŞ şirkəti “Dataminr” Twitter-ə bağlıdır. Twitter bu şirkətin səhmlərinin 5 faizinə nəzarət edir. Şirkətin saytında bildirilir ki, “Dataminr” dünyanın hər yerində Twitter istifadəçilərinin bloqlarını izləyərək ən aktual, ən vacib xəbərlər barədə müştərilərini online rejimdə məlumatlandırır. Bu şirkətin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə qalmaqal hələ ötən il yaranmışdı. İnsan haqları müdafiəçiləri bildirirdi ki, xüsusi xidmət orqanları “Dataminr” şirkətinin xüsusi izləmə proqramı vasitəsilə Twitter istifadəçilərinin yerini və onların barəsində digər məlumatları əldə edir. Nəticədə insan haqları fəallarını və jurnalistləri izləmək mümkün olur.

Hillari Klintonun protokol xidmətinin rəhbərinin elektron poçtundan götürülmüş məktublardan birində göstərilir ki, Kaprisia Marşall Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə “Dataminr” şirkəti arasında görüşün təşkil olunması ilə məşğul olub. Lakin “Dataminr” şirkətinin nümayəndəsi bildirir ki, bu görüşə baxmayaraq Azərbaycan şirkətin izləmə proqramının sınaq versiyasını əldə etməyib və hazırda şirkətin məhsullarına çıxışı yoxdur.

Kaprisia Marşallın elektron poçtundan məktubların oğurlanması Rusiya xüsusi xidmət orqanlarının ABŞ seçkilərinə müdaxilə məqsədi güdən genişmiqyaslı əməliyyatının bir hissəsi hesab olunur. Bu əməliyyat çərçivəsində Rusiya kəşfiyyatına bağlı hakerlər Demokratlar partiyasının Milli Komitəsinin elektron poçtunu, habelə Hillari Klintonun köməkçilərinin poçtunu sındırıblar və çoxsaylı yazışmaları ələ keçirərək WikiLeaks saytına ötürüblər.(Virtualaz.org)

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın