Cümə , Oktyabr 23 2020
Ana səhifə / Köşə Yazarları / Aqil Abbas: “20-30 jurnalist adı çəkə bilərəm ki, əsl jurnalistlərdir”

Aqil Abbas: “20-30 jurnalist adı çəkə bilərəm ki, əsl jurnalistlərdir”

Bu gün Azərbaycan jurnalistikasını dünya mediasının tərkib hissəsi hesab etmək olar. Çünki ölkəmizin yerləşdiyi coğrafi strateji mövqe, qonşu ölkələrlə müanasibtələr kimi amillər buna təsir edir.

Bu baxımdan dünya mediası gündəlik olaraq Qafqaz regionunda Azərbaycana da nəzər salır.

Bəs Azərbaycan jurnalistikasının bugünkü durumu hansı vəziyyətdədir ?

Jurnalist-deputat Aqil Abbas Modern.az saytına bildirib ki, jurnalitikamızın bu günkü durumu normaldır.

Onun sözlərinə görə, Azərbaycan jurnaslistləri az maaşla çox iş görürlər: “Azərbaycan jurnalistikasının indiki vəziyyətini orta, normal şəkildə qiymətləndirirəm. Azərbaycanda görkəmli jurnalsitlər olduğu və ciddi qəzetlər çıxdığı kimi, təəssüf ki, jurnalistikaya və şərəfli jurnalistlərin adına və azad sözə ləkə gətirən media qurumları da var.
Yəni hamısına yaxşı demək olmaz. Amma bizim jurnalistlər Avropa və Amerika jurnalistlərindən geri qalmırlar. Jurnalistlərimiz 300 manat maaşla çox iş görürlər. Bu da onların öz peşələrini sevməsinin sübutudur”.

Aqil Abbas azərbaycanlı jurnalistlərin xarici jurnalistləri “ciblərində gəzdirə biləcəyini” deyib:

“Elə saytlar var ki, yalnız təhqir və şantajla məşğuldurlar. Amma Azərbaycanda 20-30 jurnalist adı çəkə bilərəm ki, onlar sözün əsl mənasında əsl jurnalistdirlər.
Dünyanın bir çox jurtnalistlərini bizim peşəkar jurnalistlər ciblərində gəzdirərlər. Sadəcə olaraq onlara açıq meydan və şərait lazımdır”.

Deputat-jurnalist Elmira Axundova hesab edir ki, 90-cı illərdə Azərbaycan jurnalistikası indikindən qat-qat azad olub.

Deputat bildirib ki, indiki media kimlərinsə şəxsi sifarişləri əsasında işləyir:

“Azərbaycan jurnalistikasını bu gün orta səviyyədə qiymətləndirirəm. Düzdür, deməzdim ki, jurnalistikamız bu gün 90-cı ilin əvəllərində olduğu kimi azaddır. Təbii ki, belə deyil. O zamanlar media sifarişli deyildi. İndi isə jurnalistika daha çox sifariş əsasında kimlərinsə təzyiqi altında işləyən bir sektora çevirilib. Hamını sifarişlə işləyənlərin siyahısına aid etmək də olmaz.

Amma əksər media qurumları sifariş əsasında fəaliyyət göstərir. Namuslu, istedadlı jurnalistlər ordusu da yaranıb. Kimlərinsə istək və sifarişlərinə uyğun yazılan yazılar çoxdur”.

Elmira Axundova Azərbaycan jurnalistikasının peşə həmrəyliyində birlik göstərə bilmədiyini söyləyib:

“Ümumilli məsələlərdə, Dağlıq Qarabağdakı aprel hadisələrində, xüsusilə ön cəbhədə jurnalistikamız özünü çox yaxşı göstərdi. Bir hədəf və nöqtəyə zərbələr vuruldu.

Peşə həmrəyliyi isə jurnalistikamızda çox zəifdir. Mediamız özünü müdaifə etməkdə, jurnalistlər təəsübkeşlikdə çətinlik çəkirlər”.

Xanim deputat bir neçə saytların birləşərək iri media holdinqlər yaratmasını təklif edib:

“Jurnalistikamızın maddi durumu pis vəziyyətdədir, zəifdir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Jurnalistika neqativ hallardan təmizlənməlidir.
Medianın iqtisadi çətinliyi mənfi hallara aparır. Ona görə də bir neçə saytın birləşərək iri media holdinqlər yaratması, bir yerdə olması daha yaxşı olar. Belə olarsa, jurnalistikaya heç kim bata bilməz”.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın