Bazar ertəsi , İyul 13 2020
Ana səhifə / Köşə Yazarları / Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalı… – AÇIQLAMA

Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşmə ehtimalı… – AÇIQLAMA

“Analoq yayımın dayandırılmasından sonra əhalinin çətinliklə üzləşməsi ehtimalı mövcud deyil”.
Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.
O xatırladıb ki, artıq bir neçə ildir ölkədə rəqəmli yayım analoq yayımla paralel yayımlanır: “Demək olar ki, 2011-ci ildən rəqəmli yayım analoq yayımla paralel yayımlanır. Əhalinin əksər hissəsi kabel şəbəkəsi, peyk antenalarından və yeni nəsil televizorlardan istifadə edir”.
Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının 27 sentyabr tarixli 10 saylı qərarına uyğun olaraq 1 noyabr 2016-cı il tarixdən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq.
Növbəti mərhələdə – 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək.
MTRŞ televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın – dekoderlərin (“Set-Top-Box”-ların) əldə olunmasını xahiş edib.

Həmçinin oxuyun

JURNALİSTLƏRƏ EV NİYƏ VERİLİR?

Elxan ŞÜKÜRLÜ,  “Strateq.az” saytının baş redaktoru Artıq jurnalistlər üçün tikilən 255 mənzilli üçüncü bina açılışa …

Bir cavab yazın