Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Köşə Yazarları / Afət Telmanqızı “Space”dən də getdi

Afət Telmanqızı “Space”dən də getdi

“ANS”in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi “Space” televiziyasından uzaqlaşdırılıb.
Bir qrup keçmiş “ANS”çinin cəmləşdiyi “Space” televiziyasında artıq onlarla yollar ayrılmaqdadır. Belə ki, “Space” Teleradio Şirkətinin  “Hər gün” informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət də telekanaldan çıxarılıb. Məlumatlara görə o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.
Faktı “Qafqazinfo”ya telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb.
Məsələylə bağlı Afət Telmanqızı ilə də əlaqə saxlamağa çalışdıq. Jurnalist telefonu açsa da, bu haqda danışmaq istəməyib.
Qeyd edək ki, “Space”də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın