Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Yəməndə üsyançılar telekanal direktorunu və əməkdaşlarını oğurladılar

Yəməndə üsyançılar telekanal direktorunu və əməkdaşlarını oğurladılar

Yəməndə üsyançılar yerli telekanalın əməkdaşlarını və direktorunu oğurlayaraq həbs ediblər.

Bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər yayıb.

Məlumata görə, əməkdaşları həbs edilən telekanal paytaxt Sənada fəaliyyət göstərən “As-Səid”dir. Sənanın bir hissəsini nəzarət altında saxlayan üsyançıların bu addımı nə üçün atmalarının səbəbləri hələlik məlum deyil.

Yəmən Jurnalistləri İttifaqının məlumatına görə, bu ilin əvvəlindən indiyə kimi ölkədə 6 KİV əməkdaşı öldürülüb, 11 nəfər işgəncələrə məruz qalıb, 24 jurnalist həbs olunub.(“Report”)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın