Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Ümumdünya Səhiyyə Təşkilat SOS verdi: 4 milyon insan bu virusa yoluxacaq

Ümumdünya Səhiyyə Təşkilat SOS verdi: 4 milyon insan bu virusa yoluxacaq

Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Amerikada meydana gələn və qısa zamanda Avropa ölkələrində yayılan Zika virusu barədə təcili iclas keçirib.
ÜST-nin direktoru Margaret Chan virusun çox sürətlə yayıldığını açıqlayıb. Onun sözlərinə görə, xəstəliyin yayılma səviyyəsinin yüksəkdir. Təşkilatın açıqlamasına görə, virus 3-4 milyon insanda müşahidə ediləcək. Bu virusun uşaqların  balaca beyinlə doğulmasına səbəb olan mikrosafalı xəstəliyi ilə əlaqəli olub-olmadığı araşdırılır. Amerika qitəsində yayılan xəstəlik qısa zamanda Danimarka və Böyük Britaniyada aşkarlanıb.
Hələ ki, Danimarkada 1, Böyük Britaniyada isə 3 nəfərdə Zika virusu aşkarlanıb. Virusun indidən 21 ölkədə yayıldığı bildirilir.
publika.az

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …

Bir cavab yazın