Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Azərbaycanlı ailənin 2 yaşlı uşağı yandırıldı – Borca görə+Foto

Azərbaycanlı ailənin 2 yaşlı uşağı yandırıldı – Borca görə+Foto

Rusiyanın Ulyanovsk şəhərində kollektor valideynlərin borcuna görə iki yaşlı uşağı yandırıb.

“ Azinforum.az ” ın ans press-ə istinadən məlumatına görə, dəhşətli hadisənin qurbanı azərbaycanlı ailəsi olub.

Yanvarın 27-də Ulyanovsk şəhərinin Lenin rayonunda baş verən hadisə zamanı borcun qaytarılmasını tələb edən kollektorlardan biri evin pəncərəsinə “Molotov kokteyli” atıb. “Molotov kokteyli” ikiyaşlı uşağın yatdığı çarpayıya düşüb.

Nəticədə uşaqla bərabər onu xilas etməyə çalışan babası 56 yaşlı İsmayıl Hüseynov ağır yanıq xəsarətləri alıb. Uşaq ən güclü yanıq dərəcəsi ilə xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən həkimlər kiçik pasiyentin vəziyyətini sabitləşdirməyi bacarıb. Polis hadisəni törədən 45 yaşlı keçmiş polis işçisi olan kollektoru tutub.

Azərbaycanlı ailənin 2 yaşlı uşağı yandırıldı -  Borca görə+Foto
Azərbaycanlı ailənin 2 yaşlı uşağı yandırıldı -  Borca görə+Foto
Azərbaycanlı ailənin 2 yaşlı uşağı yandırıldı -  Borca görə+Foto

 

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …

Bir cavab yazın