Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / “Üç terror təşkilatına qarşı eyni anda amansız olacağıq” – Binəli Yıldırım

“Üç terror təşkilatına qarşı eyni anda amansız olacağıq” – Binəli Yıldırım

Türkiyə Baş naziri Binəli Yıldırımın rəhbərliyi altında keçirilən Ali Hərbi Şuranın (AHŞ) toplantısı 4 saat davam edib.

Axar.az xəbər verir ki, toplantıdan sonra B. Yıldırımın açıqlaması yayılıb.

“Türkiyə üç terror təşkilatı ilə eyni anda amansız mübarizəni davam etdirir. Bunlar separatçı terror təşkilatı, FETÖ və İŞİD terror təşkilatıdır. Bu məqamı xüsusilə qeyd etmək istəyirəm. Separatçı terror təşkilatı ilə mübarizə, xüsusilə son bir il içərisində çox uğurlu bir şəkildə davam etdirilir. Xüsusilə, ötən ilin avqustun əvvəlində qərar verdiyimiz hücum məqsədli mübarizə strategiyası və Türkiyə Silahlı Qüvvələri ilə digər təhlükəsizlik orqanlarımızın koordinasiyalı şəkildə işləməsi gözlənilən nəticəni verib və separatçı terror təşkilatı ilə mübarizədə çox mühüm mərhələyə gəlmişik”, – Yıldırım qeyd edib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın