Türkiyə vətəndaşları üçün Rusiyaya viza haqqı 60 avrodan ucuz olmayacaq.
Musavat.com-un məlumatına görə, bu barədə “Russkaya slujba novostey” rəsmi mənbəyə istinadən xəbər yayıb.
“Fikrimizcə, bu 60 avrodan aşağı məbləğ olmayacaq” – deyə mənbə qeyd edib. Onun sözlərinə görə, kommersiya viza mərkəzlərində qiymət 30-35 avro yuxarı ola bilər.
O da bildirilir ki, viza ilə bağlı Türkiyənin Rusiya vətəndaşları üçün cavab tədbirləri hələlik tətbiq olunmur.
Lakin son məlumatlara görə, Ankaranın da analoji addıma gedəcəyi gözlənilir.