Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə tanınmış iş adamının dəfn mərasimi keçirilir

Türkiyədə tanınmış iş adamının dəfn mərasimi keçirilir

Bu gün İstanbulda Türkiyənin tanınmış iş adamı, “KOÇ” Holdinq şirkəti İdarə Heyətinin sədri Mustafa Koçun dəfn mərasimi keçirilir.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən vəda mərasimində prezident Rəcəb Tayyip Ərdoğan və Baş nazir Əhməd Davutoğlu da iştirak edirlər.

Infarkt nəticəsində dünyasını dəyişən Mustafa Koçun Zincirlikuyu məzarlığınında dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, “KOÇ” Holdinq Türkiyənin ilk holdinqidir. 1926-cı ildə Vehbi Koç tərəfindən qurulub. 2003-cü ildə şirkətin başçısı Rəhmi Koç vəzifəsini oğlu Mustafa Koç təhvil verərək, özü fəxri sədr olub. Koçlar Türkiyənin ən zəngin ailəsidir. Bu holdinq dünyanın 500 firması siyahısnda 172-ci yerdədir. Türkiyənin ən böyük 500 şirkəti sırasında isə ilk 10-luqda yer alır.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın