Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə səsvermə prosesi başa çatıb

Türkiyədə səsvermə prosesi başa çatıb

Bu gün Türkiyə Böyük Millət Məclisinə (TBMM) növbədənkənar seçkilər keçirilib.

APA-nın xəbərinə görə, səsvermə Türkiyə vaxtı ilə saat 08.00-da (Bakı vaxtı ilə saat 09.00) başlayıb.

Ali Seçki Şurasının statistikasına görə, ölkə daxilində 54, ölkə xaricində isə 3 milyon nəfər səsvermə hüququna malik şəxs var. Bu il iyunun 7-də keçirilmiş parlament seçkisi ilə müqayisədə ölkə daxilindəki seçicilərin sayı 310, xaricdəki seçici sayı isə 28 min nəfər artıb. Oktyabrın 10-da Türkiyənin xaricdəki diplomatik missiyalarında başlayan səsvermə ayın 25-də başa çatıb. Ali Seçki Şurası ölkənin Şərq və Cənubi-Şərq bölgələrindəki bəzi vilayətlərdə səsvermənin saat 16:00-da (Bakı vaxtı ilə 17.00) başa çatmasını qərarlaşdırıb. Digər bölgələrdə proses saat 17.00-da (Bakı vaxtı ilə 18.00) başa çatıb. Seçkinin ilk nəticələri Türkiyə vaxtı ilə saat 20.00-da (Bakı vaxtı ilə 21.00) elan ediləcək.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın