Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə gözlənilməz iddia: 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş

Türkiyədə gözlənilməz iddia: 15 iyul çevrilişi MİT-dən idarə olunurmuş

Türkiyədəki 15 iyul hərbi çevriliş cəhdini təşkil etməkdə təqsirləndirilən Akın Öztürkün kürəkəni Hakan Karakuş məhkəmədə şok iddia ortaya atıb. “Sputnik Türkiyə” xəbər verir ki, Hakan Karakuş çevriliş əmrini Milli Kəşfiyyat Təşkilatından (MİT) aldıqlarını bildirib.

H.Karakuş MİT-dən K.G. adlı şəxsin çevrilişi idarə etdiyini söyləyib: “Biz K.G. adlı şəxsin göstərişlərini icra edirdik. Səhərə yaxın çevriliş cəhdinin baş tutmadığı aydınlaşanda, K.G. bizə mesaj ataraq bildirdi ki, “hamınızın sonu çatıb, cəzanızı çəkəcəksiniz”. Şok olmuşduq, heç nə anlaya bilmirdik”.

Hakan Karakuş müdafiəsinin sonunda deyib ki, qayınatası Akın Öztürkün çevrilişdə əli yoxdur: “Qayınatamın heç bir günahı yoxdur”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın