Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.

Xatırladaq ki, üzərində ““Erməni soyqırımı”nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində “erməni soyqırımı” davam edir”,- sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub.

Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar.

Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın