Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə Suriya qaçqınlarına vətəndaşlıq verəcək – RƏSMİ

Türkiyə Suriya qaçqınlarına vətəndaşlıq verəcək – RƏSMİ

Türkiyədə məskunlaşan milyonlarla suriyalı qaçqına Türkiyə vətəndaşı olmaq şansı veriləcək.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 120 min qaçqının məskunlaşdığı Suriya ilə həmsərhəd Kilis əyalətində çıxışı zamanı deyib. Ərdoğan qeyd edib ki, Türkiyədə məskunlaşan suriyalı qaçqınların əksəriyyəti ölkənin vətəndaşı olmağa can atır: “Addımlar atılır, bizim Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı əlindən gələni edəcək”.

“Biz qardaş və bacılarımıza yardım edərək, onlara vətəndaşlıq almaq üçün imkanlar yaradacağıq və DİN-də yaradılan xüsusi büro vasitəsilə bu prosesi nəzarətdə saxlayacağıq”, – deyə Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyənin ərazisində yaradılan sığınacaq və düşərgələrdə 2,7 mln. suriyalı məskunlaşıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın