Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə güclü zəlzələ: təşvişə düşən əhali küçələrə çıxdı

Türkiyədə güclü zəlzələ: təşvişə düşən əhali küçələrə çıxdı

Bu gün Türkiyə ərazisində güclü zəlzələ baş verib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ocağı Egey dənizində, İzmirin Karaburun rayonu sahillərində olub.

Yerli vaxtla saat 15.28-də baş verən zəlzələnin gücünün 6,2 bal olduğu açıqlanıb.

Yeraltı təkan İstanbul, İzmir və Çanaqqalada, o cümlədən, Yunanıstanda hiss olunub.

Təbii fəlakətlə bağlı ölən və yaralanaların olmadığı bildirilir. Amma əhali təşvişə düşdüyündən küçələrə çıxıblar.

 

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın