Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İştirakçıların anaları da “Maşın Şou”dakı qalmaqallara qarışdılar

İştirakçıların anaları da “Maşın Şou”dakı qalmaqallara qarışdılar

Artıq bir neçə gündür ki, qalmaqallı “Maşın Şou” gündəmi zəbt etməkdədir. Bundan əvvəl olduğu kimi şounun 14-cü sürəti də qalmaqallar, ilginc olaylarla yadda qalır.

Bir-birini təhqir edən, söz davasına çıxan, dost dediyi həmkarının başına butulka atan kim, əsəblərini cilovla bilməyib özündən çıxan, göz yaşlarını saxlaya bilməyib ağlayan kim… Artıq şouda səsvermə başa çatıb, finala start verilib və sona yalnız üç nəfər, aktyorlar İslam Mehrəliyev, Elcan Rəsulov, rəqqasə Oksana Rəsulova qalıb.

Maraqlıdır ki, şouda ən çox səs-küy salan, qalmaqallar yaradan sənətçilər tez bir zamanda oyunu tərk etməli olublar. Lakin onların qalmaqalları, söz davaları bununla bitməyib, sosial şəbəkələrdə davam etdirilir.

Buna misal olaraq aktrisa Pərvin Abıyeva və müğənni Səidə Sultan davasını, sənətçi Sərxan Kərəmoğlu və müğənni Təranə Qumral arasında olan qalmaqalları göstərmək olar. Sərxan Kərəmoğlunun başına butulka atan Təranə Qumral son olaraq sosial şəbəkə vasitəsi ilə sənətçiyə xəbərdarlıq da göndərib.

Sənətçilər arasında qalmaqallar səngiməmiş, onların anaları da mübahisələrə qarışıb. Belə ki, şounun son buraxılışında finala qalan iştirakçılar bir-birilərinin evlərinə qonaq gedib, ailələri ilə yaxından tanış olub. İştirakçılar ilk öncə aktyor Elcan Rəsulovun ailəsində olublar.

Aktyorun anası oğlu haqda danışarkən rəqqasə Oksana Rəsulovaya da söz atıb: “Sən çox mənəm-mənəm deyirsən. Elcan sənə elə söz deyər ki, bir də gördün ki, yıxıldın yerə”.

Şabran rayonunda yaşadığı üçün özü “Maşın Şou”ya qonaq gələn rəqqasə Oksana Rəsulovanın anası isə Səidə Sultan haqda bunları deyib: “Mədəniyyət işçisinin təbiəti də gərək mədəniyyət səviyyəsində olsun. Oksanaya həmişə demişəm ki, “özünü cilovla”. Çünki kənardan baxanda o qədər pis görünür ki. Hansı ana istəyər ki, orada övladı cılız görünsün. Səidə Sultanı mən çox istəyirəm, bunu özünə də demişəm. Demişəm ki, bəzi hərəkətləri yaxşı deyil, amma içi safdır”.

İslam Mehrəliyevin anası isə oğlu haqda danışmaqla kifayətlənib: “İslamı ağlayan görəndə mən də çox ağladım. Oğlum çox zəhmətkeş uşaqdır. Bu vaxta qədər bir dəfə dediyim sözü ikinci dəfə təkrar etməmişəm. Hələ bu vaxta qədər cəsarət edib atasından pul istəməyib, həmişə mənə deyib”.

Qeyd edək ki, “Maşın Şou”nun finalına qala bilən iştirakçılardan kim dözüm nümayiş etdirərək, sona qədər maşından əlini çəkməyəcəksə, şounun qalibi olacaq.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın