Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə güclü partlayış – VİDEO

Türkiyədə güclü partlayış – VİDEO

Türkiyənin Bingöl şəhərində hava limanına gedən yolda güclü partlayış baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə bazar ertəsi, avqustun 1-də, Milliyet qəzeti xəbər verir.
Bakı vaxtı ilə 18:45-də Bingöl-Muş avtomobil yolunda xüsusi təyinatlı polisləri daşıyan zirehli avtomobilin keçidi sırasında PKK terrorçularının yola döşədiyi əldəqayırma partlayıcı qurğu işə salınıb. Partlayış nəticəsində güc strukturlarının bir neçə əməkdaşı yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib
Məlumata görə, yaralanan polislər yaxınlıqdakı xəstəxanalara aparılıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın