Bazar , Sentyabr 15 2019
Ana səhifə / İqtisadiyyat / Türkiyədə daha bir general həbs edildi

Türkiyədə daha bir general həbs edildi

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı əlaqədə ittiham olunan Vaşinqton Silahlı Qüvvələrinin keçmiş attaşesi, general Yavuz Çelik məhkəmə qarşısına çıxarılıb.

“Anadolu” agentliyinin yaydığı məlumata görə, o, məhkəmənin qərarı ilə həbs edilib.

Qeyd edək ki, FETÖ-nün iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra ölkənin silahlı qüvvələrindən xaric edilmiş Yavuz Çelik Ankara Cümhuriyyəti Baş Prokurorluğu tərəfindən aparılmış istintaq zamanı sərbəst buraxılmışdı.

Yenidən məhkəməyə çağırılan Çelik məhkəmədə prokurorun qaldırdığı iddianın təsdiq edilməsindən sonra məhkəmə qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Həmçinin oxuyun

Nazir tender “kralı” ilə 4.3 milyonluq müqavilə bağladı – Təmir üçün

Mədəniyyət Nazirliyi  “İnpeks.N” MMC ilə “cari təmir işləri” və “əsaslı təmir işləri”nin həyata keçirilməsi üçün …

Bir cavab yazın