Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub

Türkiyədə 278 nəfərin qətlini təşkil edən terrorçu həbs olunub

Türkiyənin 59 əyalətində törədilən terror aktlarında iştirak etməkdə və həmin terrorlarda istifadə olunan partlayıcıları hazırlamaqda şübhəli bilinən Hacı Türmak tutulub.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, terrorçunu İraqın Ərbil şəhərində Türkiyə Milli İstiqbarat Təşkilatı və Silahlı Qüvvələrin xüsusi təyinatlılarından ibarət qrup saxlayıb.

Xəbərdə bildirilib ki, H.Türmakın təşkil etdiyi terror aktlarında 278 nəfər həlak olub. O, terrorçu PKK-nın qruplaşmasının qollarından biri sayılan TAK dəstəsinə başçılıq edib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın