Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə 27 terrorçu məhv edilib

Türkiyədə 27 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir.

Türkiyə KİV-lərinin məlumatına görə, son bir həftə ərzində 27 terrorçu məhv edilib.

Türkiyə Daxili İşlər Nazirliyi xəbər verir ki, təhlükəsizlik qüvvələrinin avqustun 28-dən sentyabrın 3-dək keçirdiyi əməliyyat zamanı 6 terrorçu yaxalanıb. Bu müddətdə 10 silahlı təslim olub. Bununla yanaşı, terrorçularla əlaqədə şübhəli bilinən 285 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı həmçinin 16 atıcı silah, 9 əl qumbarası, 470 kiloqram partlayıcı maddə müsadirə olunub. Terrorçuların 9 sığınacağı məhv edilib. (AzVision.az)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın