Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə PKK ilə döyüşlərdəki itkilərini açıqladı

Türkiyə PKK ilə döyüşlərdəki itkilərini açıqladı

Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında gedən döyüşlərdə itkilər açıqlanıb.
ANS-in məlumatına görə, Türkiyə Baş Qərargahının verdiyi açıqlamada bildirilir ki, Ağrının Diyadin bölgəsində PKK terrorçuları ilə gün boyu davam edən döyüşlərdə yaralanan 4 əsgər Ağrı Dövlət xəstəxanasına yerləşdirilib. Onlardan üçünün həyatı təhlükədə deyil. Bir əsgər isə əməliyyata alınıb. Döyüşlər zamanı 5 terrorçu öldürülüb, biri isə sağ ələ keçirilib.

Qeyd edək ki, aprelin 11-də Ağrının Diyadin bölgəsində səhər saatlarında PKK terrorçuları Türkiyə təhlükəsizlik qüvvələrinə hücum etmişdi. Axşam saatlarına qədər gedən döyüşlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, sabiq daxili işlər naziri Əfqan Ala açıqlama vermişdi. Hücum edən terrorçuların sayı 25 nəfər olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın