Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyə İraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir

Türkiyə İraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir

Türkiyə Suriyadan sonra İraqın şimalında təhlükəsiz zona yaratmaq niyyətindədir.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş naziri Binəli Yıldırım bəyan edib.

B. Yıldırım deyib ki, Türkiyə Şimal İraqda PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılmasını zəruri sayır: “PKK terrorçularından təmizlənmiş təhlükəsiz zona yaradılması məsələsində Şimali İraq Kürdüstan Muxtariyyəti ilə eyni fikirdəyik. Həm Türkiyə, həm də Şimali İraq Kürdüstan Muxtariyyəti üçün PKK ortaq təhdiddir”.

Xatırladaq ki, hazırda PKK terror təşkilatının əsas bazası Şimali İraqdakı Qəndil dağında yerləşir. Şimali İraqın digər bölgələrində də PKK düşərgələri var və Türkiyə hərbi aviasiyası mütəmadi həmin bazaları bombalayır.

Qeyd edək ki, hazırda Türkiyə ordusu Suriyada “Fərat qalxanı” əməliyyatı həyata keçirir. Əməliyyatın məqsədi müxalif Azad Suriya Ordusuna dəstək verməklə Suriyanın şimalında 5 min kv. km. ərazini əhatə edən, İŞİD və PKK-nın Suriya qolu PYD-dən təmizlənmiş təhlükəsiz zona yaradılmasıdır.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın