Şənbə , Oktyabr 24 2020
Ana səhifə / İqtisadiyyat / Türkdilli ölkələrin bu gün Türkiyəyə daha güclü dəstəyinin formaları necə olmalıdır?

Türkdilli ölkələrin bu gün Türkiyəyə daha güclü dəstəyinin formaları necə olmalıdır?

Türkiyə kəşfiyyatı (MİT) ölkədə yeni terror aktlarının törədilməsi imkanları barədə xəbərdarlıq edib. Bu barədə “Haber7” qəzeti MİT-dəki mənbəyə istinadən xəbər verir.

Kəşfiyyatın məlumatına əsasən, PYD və PKK terror təşkilatlarının bəzi üzvləri Türkiyənin beynəlxalq aeroportlarında terror aktları törətməyə hazırlaşır. Bu məqsədlə PYD və PKK-nın 14 silahlısı Türkiyə ərazisinə daxil olub. Qəzet yazır ki, terror aktları Türkiyənin Suriyada yaraqlıların mövqelərini atəşə tutmasına cavab olaraq hazırlanır.
Türkiyədə baş verən terror aktı bu gün bütün dünyanın diqqət mərkəzindədir. Əksər ölkələrin dövlət başçıları bununla bağlı Türkiyə dövlətinə başsağlığı verir. Qeyd edək ki, Türkiyə ilə müxtəlif adlar altında bir qurumda birləşən qanı və canı bir olan türkdilli ölkələr var. Türkdilli ölkələr hazırkı şəraitdə Türkiyəyə hansı formada dəstək nümayiş etdirməlidir?

Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyənin düşdüyü real vəziyyət hamını narahat edir: “Bilirsiniz ki, Türkiyənin regionda müstəqil siyasət yürütməsi, həmin bölgədə güc olmaq niyyətindən çoxlarının xoşu gəlmir. Suriya ilə bağlı Türkiyənin siyasəti əsasən də öz təhlükəsizliyini qorumağa yönəlib. Bu səbəbdən də bəzi terror təşkilatları və onların arxasında duran dövlətlər Türkiyənin başını qatmaq üçün belə iyrənc vasitələrə əl atırlar. Terrorun vətəni olmur. Bu gün Türkiyəni hədəf alan zərərli vasitələri sabah başqa ölkələrə qarşı yönəldəcəklər. Təbii ki, türkdilli ölkələrin Türkiyəyə verəcəyi dəstək digərlərindən fərqlənməlidir. Formalizmdən uzaq olacaq həmin yanaşmada dövlətlər Türkiyəyə açıq dəstək ifadə etməlidir.

Çünki eyni soylu dövlətlərin dar gündəki dəstəyi başqa effekti verər. Əminəm ki, Türkiyənin buna böyük ehtiyacı var. İlk növbədə, dediyimiz dövlətlərin başçıları bir yerə toplanıb birmənalı şəkildə Türkiyəni dəstəklədiyini bəyan etməlidir. Həmin dövlətlər səviyyəsində Türkiyəni bu cür vasitələrlə hədəfə alan təşkilatların fəaliyyəti pislənməlidir. Sadaladığımız türkdilli ölkələrin kəşfiyyat strukturları Türkiyəni hədəfə alan terror təşkilatlarının qollarının ifşası istiqamətində önəmli əməkdaşlıq etməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın