Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türk gəmisi artilleriya atəşinə tutuldu: Ölən və yaralananlar var

Türk gəmisi artilleriya atəşinə tutuldu: Ölən və yaralananlar var

Hücum zamanı gəmi beynəlxalq sularda olub.

Liviya sahillərində Tobruk limanına yaxınlaşarkən türk şirkətinə aid “Tuna-1” yük gəmisi qurudan artilleriya atəşinə məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Sahildən artilleriya atəşinə məruz qaldıqdan sonra gəmiyə havadan zərbələr ednirilib. Nəticədə 3-cü kapitan həyatını itirib, bir neçə ekipaj üzvü yaralanıb.

Nazirlikdən bildiriblər ki, hücum zamanı gəmi beynəlxalq sularda olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın