Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tunisdə fövqəladə rejim elan olundu

Tunisdə fövqəladə rejim elan olundu

Tunisdə 1 həftə əvvəl Sus şəhərində çimərlikdə 38 turistin öldürülməsi ilə nəticələnən terror aktı ilə əlaqədar hökumət ölkədə fövqəladə rejim elan edib. ANS PRESS-in məlumatına görə, fövqəladə rejim ölkə rəhbərliyi, hərbi qüvvələr və polisə şübhəli şəxslərə qarşı müdaxilə etmək üçün daha çox səlahiyyət verir.

Euronews xəbər verir ki, Yeni təlimatlara əsasən, ölkənin bütün çimərliklərində hərbi qüvvələrin sayı artırılıb. Ölkə prezidenti Beci Kaid əs-Səbsi bildirib ki, turistlərə qarşı əgər bu cür hücumlar təkrarlanarsa, ölkə dağıla bilər.

Hadisə zamanı ölən 38 nəfərdən 30-u Böyük Britaniya vətəndaşıdır. Ötən gün sonuncu turistin də meyiti ölkəsinə əhvil verilib.

Hücuma görə İŞİD silahlı qruplaşması məsuliyyəti öz üzərinə götürmüşdü.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın