Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi o olacaq

Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi o olacaq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz “Trump Organization” şirkətinin Hüquq Departamentinin rəhbəri Ceyson Qrinblattı beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndə təyin etməyi planlaşdırır.

Bu barədə gələcək prezidentin komandasının rəsmi bəyanatına istinadən “Reuters” məlumat yayıb.

“The Wall Street Journal” yazır ki, Ceyson Qrinblatt 20 ildir “Trump Organization” şirkətinin Hüquq Departamentinin rəhbəri vəzifəsində çalışır və seçkiqabağı kampaniya zamanı Trampın ABŞ və İsrail münasibətlərinə dair müşaviri olub.(“Report”)

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın