Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Tramp İstanbuldakı terrordan danışdı – “Bu, bir qorxu nümayişidir”

Tramp İstanbuldakı terrordan danışdı – “Bu, bir qorxu nümayişidir”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Türkiyədə baş verən terror hadisəsindən danışıb.

Qafqazinfo” Hürriyet qəzetinə istinadən xəbər verir ki, prezident Florida ştatındakı Mar-a-Lago malikanəsində verdiyi Yeni il şənliyində çıxış edib.

Tramp 800 qonağın qatıldığı gecədə “Reina”dakı qanlı faciəylə bağlı fikir bildirib.

O, qaçqınların ABŞ-a girməsinin qarşısını almaq üçün Meksika sərhədinə divar hördürəcəyindən söyləyib, daha sonra terrorla bağlı şərh verib:

“Biz güclü sərhədlərə sahib olacağıq. İnsanlar ölkəmizə qanuni yollarla gələcək. Bizim istədiyimiz kimi… Divardan danışmışkən, Türkiyədə baş verən hadisə ilə bağlı xəbəriniz var? O gecə böyük bir fəalkət yaşandı. Çox, həm də çox insan öldü. Orada ciddi bir şeylər baş verir. Bu, bir qorxu nümayişidir”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın