Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Tramp: CIA-in gəldiyi nəticə gülüncdür

Tramp: CIA-in gəldiyi nəticə gülüncdür

ABŞ-ın növbəti prezidenti Donald Tramp deyib ki, Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) onun qələbəsi imkanlarını artırmaq məqsədilə Rusiyanın ötən ay keçirilən prezident seçkilərində müdaxilə etməsi qənaətinə gəlməsi çox gülüncdür. O bunu sabiq dövlət katibi Hillari Klintonun məyusedici məğlubiyyətinə Demokratların daha bir bəhanəsi adlandırıb.

“Mən buna inanmıram. CIA-in dediklərinə baxsanız görərsiniz ki, orada ciddi qarışıqlıq var. Həqiqəti heç kim bilmir. Onlar bilmir ki, bu Rusiyadır, yoxsa Çin və ya başqa biri. Həmin şəxs öz çarpayısında əyləşmiş fərdi şəxs də ola bilər” – deyə Tramp bildirib.

Fox News telekanalı müsahibəsi zamanı Tramp deyib ki, o, prezident Obamanın kiber-hücumların araşdırılmasına dair göstəriş verməsinin əleyhinə çıxmır. Ancaq o, “siz sadəcə Rusiya deyə bilmərsiniz, ayrı ölkələr və ya fərdlər də ola bilər” deyə əlavə edib. Araşdırmanın nəticəsində isə CIA yüksək əminliklə bildirib ki, qurum Trampın qələbəsinə Rusiyanın kömək etdiyinə inanır.

Dünən The Times qəzeti yazıb ki, ruslar həm Respublikaçıkarın Milli Komitəsinin, həm də Demokratların Milli Komitəsinin kompyuterlərini hak edib. Ancaq yanız demokratların ınmaterialların zərər gördüyü açıqlanıb.

Prezident seçkiləri yaxınlaşdıqca Demokratlar komitənin emaillərinin sızdırılması ilə çətin vəziyyətə düşmüşdü. The Times yazır ki, kəşfiyyat agentlikləri demokratların sənədlərinin “WikiLeaks”-ə rusların verməsi qənaətinə gəlib. (amerikaninsesi.org)

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …

Bir cavab yazın