Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Təyyarələrin 1 milyon dollarlıq toqquşması

Təyyarələrin 1 milyon dollarlıq toqquşması

Xəbər verdiyimiz kimi, şənbə günü axşam Moskvanın “Şeremetyevo” hava limanında iki A-321 tipli sərnişin təyyarəsinin qanadları toqquşub.

Azinforum.az  “RenTV” telekanalına istinadən bildirir ki, mütəxəssislərin gəldiyi qənaətə görə, toqquşma nəticəsində hava gəmilərinə təxminən 1 milyon dollarlıq zərər dəyib.

*   *   *22:34

Bu gün axşam saatlarında Moskvanın “Şeremetyevo” hava limanında iki təyyarə toqquşub.

Virtualaz.org RenTV telekanalına istinadən xəbər verir ki, hər iki təyyarə “Airbus-321” modelli olub. Onların qanadları bir-birinə toxunub.

Mənbə bildirir ki, Moskva vaxtı ilə 20:50-də (Bakı vaxtı ilə 21:50) Vladivostoka uçmalı olan təyyarə yanacaq doldurduğu vaxt qoşqu ilə aparılan digər hava gəmisi ilə toqquşub.

Hadisənin təfərrüatları araşdırılır.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın