Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / S&P: “Azərbaycanın dövlət büdcəsi 4 il kəsirsiz olacaq”

S&P: “Azərbaycanın dövlət büdcəsi 4 il kəsirsiz olacaq”

“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Azərbaycan dövlət büdcəsinin profisitlə icra olunacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə “Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Hesabatda qeyd olunur: “Biz cari ildə dövlətin büdcə mövqeyinin 2014-cü ildən etibarən ilk dəfə müsbət saldoya qayıdacağını proqnozlaşdırırıq”.

Agentlik Azərbaycan dövlət büdcəsinin 2018-ci ildə ÜDM-in 1,5 faizi həcmində, 2019-cu il – 0,6 faiz, 2020-ci il – 1,1 faiz, 2021-ci ildə isə ÜDM-in 1,7 faizi həcmində profisitini proqnozlaşdırır:

“Biz Azərbaycan dövlət büdcəsinin orta illik profisitinin növbəti 4 ildə ÜDM-in 1,1 faizi həcmində olacağını proqnozlaşdırırıq”.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …