Ana səhifə / Sosial / Bakıda partlayışa səbəb olan qazıntını kim aparıb?

Bakıda partlayışa səbəb olan qazıntını kim aparıb?

Partlayış baş verən dəftərxananın sahibi İsrail Yusifov ərazidə qazıntının ötən gün “Azərsu” tərəfindən aparıldığını açıqlayıb.
Belə ki, o, binanın zirzəmisinə su dolduğunu qeyd edib:
“Buna görə də “Azərsu” kanalizasiya xəttini düzəltmək üçün iş aparıb. Bu zaman da qaz borusunu zədələyiblər. Nəticədə sızma baş verib. Yəqin ki, “Azərsu” dəymiş ziyanı ödəyər”.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı“Qafqazinfo”ya bildirib ki, partlayış baş verən bina yeni tikilidir: “Yeni tikililərdə isə işləri korporativlər özləri aparır. Biz heç bir qazıntı aparmamışıq. Bu bizim xidmət sferamıza aid deyil”.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …