Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Sevgilisini uçurumdan aşağı itələdi – ŞOK ViDEO

Sevgilisini uçurumdan aşağı itələdi – ŞOK ViDEO

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Fransada çəkilən bir video  sosial mediada izlənmə rekordları qırır. Videonu çəkən adam sevgilisini qayalıqlardan aşağı itələyir.
Videoda gəncqızın sevgilisi olduğu güman edilən biri ilə əl ələ dəniz sahilində olduğu görünür. Qızın əlindən tutan adam bir tərəfdən də video çəkir. Qayalıqların kənarına gəldikdə isə adam gənc qızı sinəsindən itələyərək aşağı atır. Yerə yıxılan qız hərəkətsiz halda yatarkən videonu çəkən adamın kameraya baş barmağı ilə “tamamdır” işarəsi etdiyi görünür. Qayalıqlardan yıxılan gənc qızın aqibətinin necə olduğu isə bilinmir.
Xəbər yayanlar bildirilər ki, video çəkən cütlük haqqında heç bir məlumat yoxdur. Bundan başqa videonu izləyənlərin böyük əksəriyyəti görüntülərin saxta olduğunu düşünür. Amma sosial mediada paylaşılan bu görüntü qısa müddətdə minlərlə insan tərəfindən izlənib.

 

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın