Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Sabiq nazir qızının toyuna 74 milyon dollar xərclədi – Video

Sabiq nazir qızının toyuna 74 milyon dollar xərclədi – Video

Hindistanın Karnataka ştatının sabiq naziri Qali Canardjana qızının toyuna 74 milyon dollar xərcləyib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, toyun təşkili üçün Qali Karnatakaya 8 Bollivud rejissoru dəvət edib. Mərasimin videogörüntüləri izləyənləri heyrətləndirib.
Belə ki, görüntülərdən aydın olur ki, gəlin toy zamanı bir neçə dəfə dünyanın ən bahalı dizaynerlərinə məxsus geyimlər dəyişir. Bəyi isə 5 ağ at əhatə edir. Gəlinin valideynləri məhz toy üçün hazırlanan mahnı ifa edirlər.
Məlumata əsasən, gəlinə alınan toy sarisinin qiyməti 2,5 milyon, qızıllarının qiyməti isə 12, 4 milyon dollar dəyərində olub.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın