Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyanın Türkiyədə yeni səfiri Ankarada öz işinə başlayıb

Rusiyanın Türkiyədə yeni səfiri Ankarada öz işinə başlayıb

Rusiyanın Türkiyədə yeni təyin edilmiş səfiri Aleksey Yerxov Ankarada öz işinə başlayıb.

Azinforum.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə səfirliyin mətbuat-attaşesi Aleksandr Leşukov deyib.

Onun sözlərinə görə, yeni səfir bu gün Türkiyədə qeyd olunan hərbi çevrilişə cəhdin dəf edilməsinin ildönümü münasibətilə təşkil edilən rəsmi tədbirdə iştirak edəcək.

Qeyd edək ki, Rusiyanın əvvəlki səfir Andrey Karlov ötən ilin dekabrında Ankarada qətlə yetirilib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın