Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Rusiyada kütləvi edam barədə məlumat yayılıb

Rusiyada kütləvi edam barədə məlumat yayılıb

“Novaya qazeta” Qroznıda 2017-ci il yanvarın 26-da hüquq-mühafizə orqanları saxladıqdan sonra öldürülən 27 nəfərin siyahısını çap edib.

Azinforum.az  bildirir ki, qəzetin qeyd etdiyinə görə, öldürülənlərin ümimi sayı 56-ya da çata bilər.

Qəzetin məlumatına görə, öldürülənlər 2016-cı ilin dekabr ayında polisin qətlindən sonra bu ilin yanvar ayı boyu keçirilən xüsusi əməliyyat çərçivəsində saxlanılanlardır.

Yanvar ayında Çeçenistanın rəhbəri Ramzan Kadırov da kütləvi saxlanılma haqda danışıb. O, bəyan edirdi ki, bu dəstə İraq-Şam İslam Dövləti terrorçuları ilə bağlıdır.

Qəzet yazır ki, öldürüləndən sonra saxlanıların meyitlərini xristianların da olmaqla müxtəlif qəbiristanlıqlara aparıblar.

“Novaya qazeta” saxlanılanların foto cədvəlini, cinayət işi qaldırılanların siyahısını da əldə edib.

Qəzet xüsusilə qeyd edir ki, kütləvi öldürülmə ilə bağlı məlumatı iki mənbə təsdiqləyib: İstintaq Komitəsi və Çeçenistan rəhbərinin administrasiyası.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın