Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / İqtisadiyyat / Rusiya sərnişin təyyarəsinin qəzaya uğradığı təsdiqləndi – 224 ölü

Rusiya sərnişin təyyarəsinin qəzaya uğradığı təsdiqləndi – 224 ölü

Rusiyaya məxsus olan və Şarm-əş Şeyxdən Sankt-Peterburqa uçan “Airbus A-321” sərnişin təyyarəsinin qəzaya uğradığı təsdiqlənir. Musavat.com-un məlumatına görə, Misir hökuməti radarlardan itən təyyarənin Sinay yarımadasına düşdüyünü bildirib. 
Qəza ilə bağlı informasiyanı baş nazir Şərif İsmayılın ofisi təsdiqləyib. Fövqəladə hadisə yarımadanın mərkəzi hissəsinin üzərində baş verib. Bu barədə “Reuters” xəbər yayıb.
Misir baş naziri hadisənin araşdırılmasını şəxsi nəzarətə götürüb və bu günə təyin etdiyi bütün tədbirləri ləğv edib.
A-321 hava laynerinin göyərtəsində 7 ekipaj üzvü də daxil 224 nəfər olub. Onların hamısının rusiyalı turistlər olduğu bildirilir.
Misirdə qəzaya uğramış Rusiya təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşı olub. APA-nın RIA “Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Misirdəki səfirliyindəki mənbə bildirib.
Misir tərəfinin verdiyi məlumata görə, hadisə ölkədəki hakimiyyətə qarşı çıxan silahlı qruplaşmanın gizləndiyi En-Naxal dağ massivində baş verib. Lakin Misir rəsmiləri təyyarənin Sinay yarımadasındakı silahlı qruplaşma üzvləri tərəfindən vurulması ehtimalını istisna edirlər. Bildirilir ki, qəzanın baş verməsinə səbəb mühərrikin dayanması və idarəetmənin itirilməsi ola bilər. Şarm-əl-Şeyx aeroportundan bildirilib ki, təyyarə 9000 km hündürlükdə olarkən pilot mühərrikdə nasazlıq yaranması barədə dispetçer məntəqəsinə məlumat verib. Sonra onunla əlaqə itib.

Həmçinin oxuyun

A-92 idxal olunacağı təqdirdə qiymət artımı qaçılmaz olacaq (EKSPERT)

SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini …

Bir cavab yazın