Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya Kürdüstanın müstəqilliyinə etiraz etdi

Rusiya Kürdüstanın müstəqilliyinə etiraz etdi

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvada İraq Antiterror Xidmətinin nazir rütbəli rəhbəri Talib əl-Kənani ilə görüşüb.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Rusiya XİN-in məlumatına əsasən, Rusiya tərəfi İraqın birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və onun daxili işlərinə xarici müdaxilənin yolverilməzliyini, İraq hökumətinin antiterror potensialının artırılmasına dəstəyin zəruriliyini qeyd edib.

Xatırladaq ki, İraqın tərkibindəki Kürdüstan muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də bölgənin müstəqilliyi üzrə referendum keçirəcəyini bəyan edib. Kürdlərin bu addımı rəsmi Bağdad, Tehran, Ankara və Vaşinqton tərəfindən pislənib.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın