Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır

Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya tapşırıb ki, martın 15-dən başlayaraq Rusiya hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa başlasın.

Virtualaz.org «Rusiya xəbərlər xidməti»nə istinadən bildirir ki, Putin deyib: «Hesab edirəm ki, Rusiya Hərbi-Kosmik Qüvvələri əsas vəzifələrini yerinə yetiriblər». O qeyd edib ki. Suriyadakı hərbi əməliyyat dövründə yalnız hərbi uğurlar qazanılmayıb.

«Hərbi-Kosmik Qüvvələrimizin Suriyadakı fəaliyyəti sülh tənzimlənməsi prosesinə kömək edib. Biz beynəlxalq terrorizmə qarşı durduq», – Rusiya prezidenti belə deyib.

Rusiya prezidentinin mərbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Bəşər Əsədlə telefonla danışıb. RF prezidenti Suriyanın dövlət başçısı ilə Rusiya hərbi qüvvələrinin yerdəyişməsi barədə qəıbul olunmuş qərarı razılaşdırıb.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …

Bir cavab yazın