Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Rusiya Azərbaycandan keçən dəhlizlə yükdaşımanı üç dəfə artıracaq

Rusiya Azərbaycandan keçən dəhlizlə yükdaşımanı üç dəfə artıracaq

Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına xüsusi diqqət yetirəcək.

Ölkə 2025-ci ilə qədər bu marşrut üzrə ixrac daşımalarının həcmini iki dəfə, 2030-cu ilə qədər isə üç dəfə artırmağı planlaşdırır.

Bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz Volqa-Baltik kanalında dərinləşdirmə işləri aparırıq. Artıq bu il o, 4,5 m dərinliyi olan gəmiləri qəbul edə biləcək. Şərq istiqamətinə gəlincə, 2025-ci ilə qədər onun ixrac potensialı 30%, 2030-cu ilə qədər isə 2022-ci ilin səviyyəsinə nisbətdə daha 100 milyon ton artmalıdır”, – prezident bildirib.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …